...

"Barselona" yoldaşlıq oyununda "Yuventus"la heç-heçə edib

İdman Materials 27 İyul 2022 07:32 (UTC +04:00)

Bakı. Trend:

İspaniyanın "Barselona" futbol klubu yoldaşlıq oyununda İtaliyanın "Yuventus" komandası ilə heç-heçə edib.

Trend-in məlumatına görə, görüş 2:2 hesabı ilə başa çatıb.

"Barselona"nın heyətində Usman Dembele dubla imza atıb. "Yuventus"un heyətində Moize Kin iki qol vurub.

"Barselona" ötən mövsüm La Liqanı 73 xalla ikinci yerdə başa vurub. La Liqanın ilk turunda kataloniyalar “Rayo Valyekano” ilə qarşılaşacaq. Qarşılaşma avqustun 14-də baş tutacaq

"Yuventus" 70 xalla A Seriyasında 4-cü yeri tutub. İtaliya çempionatının ilk turunda "Yuventus" "Sassuolo" ilə qarşılaşacaq. Oyun avqustun 16-da baş tutacaq

Məqalədə:
Xəbər lenti

Xəbər lenti