Bakı. Trend:
Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir.
Trend-in məlumatına görə, idmançılarımız komandamızın aktivinə daha bir medal yazdırıblar. Belə ki, atletikanın üçtəkanla tullanma proqramında Azərbaycan idmançısı Aleksis Kopello gümüş medal qazanıb.
Bununla da komandamızın qazandığı medalların sayı 3-ə çatıb. Bundan əvvəl atletimiz Anna Skidan çəkicatma yarışlarında qızıl medal qazanıb, taekvondoçumuz Qaşım Maqomedov (58 kq) isə bürünc medala sahib olub.
Qeyd edək ki, Oyunlarda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparır. Oyunlar vaxtı 483 dəst medal sahibini tapacaq.