...

Azərbaycan yığması Hollandiyada keçirilən yarışda 6 medalla qayıdıb (FOTO)

İdman Materials 10 Avqust 2022 15:33 (UTC +04:00)
Azərbaycan yığması Hollandiyada keçirilən yarışda 6 medalla qayıdıb (FOTO)

Bakı. Trend:

31 iyul- 8 avqust 2022-ci il tarixlərində Hollandiyanın Veldhoven şəhərində “2022 Veldhoven World Boccia Challenger” yarışı keçirilib.

Yarışda 26 ölkədən müxtəlif kateqoriyalı atlet və məşqçi heyəti iştirak edib. Azərbaycandan ölkəmizi təmsil edənlər Boccia İdman Federasiyasının vitse-prezidenti və baş məşqçisi İlham Məhərrəmovun rəhbərliyi altında Milli komandadan 7 atlet və 5 müşahidəçi yarışa qatılıb.

Atletlər:

1. Xəyal İslamov – BC4
2. Bəhruz Mirzəyev – BC4
3. Sona Ağayeva – BC2
4. Nərmin Ağayeva – BC4
5. Zaur Veysəlov – BC4
6. Orxan Kərimov – BC2
7. Fuad Qəribov – BC2

5 müşahidəçi:

1. İlham Məhərrəmov – baş məşqçi
2. Elşən Məhərrəmov – məşqçi
3. Nicat Ağayev – assistant
4. Rafiq Nəcəfov – assistant
5. Ruhin Cəfərov – komanda rəhbəri olmuşdur.

Yarışda qazanılan medallar 6 - 3 qızıl medal, 3 bürünc və 1 kubok olub.

Bəylər üzrə:

1. BC-4 kateqoriyalı atlet Xəyal İslamov - qızıl medal (fərdi oyunda) ,
2. BC - 4 kateqoriyalı atlet Zaur Veysəlov - qızıl medal (cütlük oyununda) ,
3. BC-4 kateqoriyalı atlet Bəhruz Mirzəyev bürünc medal (fərdi oyunda) ,

Xanımlar üzrə isə;

1. BC-4 kateqoriyalı atlet Nərmin Ağayeva - qızıl medal (cütlük oyununda) ,
2. BC-2 kateqoriyalı atlet Sona Ağayeva - bürünc medal (fərdi oyunda) ,
3. BC-4 kateqoriyalı atlet Nərmin Ağayeva - bürünc medal (fərdi oyunda)

Komandamızı uğrundan dolayı təbrik edir, gələcək yarışlarda yenidən qalibiyyət qazanmağı arzu edirik!

Xəbər lenti

Xəbər lenti