Bakı. Trend:
Türkiyənin "Qalatasaray" klubu "Qarabağ"ın 21 yaşlı müdafiəçisi Toral Bayramovla maraqlanır.
Trend bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir.
Qeyd olunur ki, İstanbul klubunun nümayəndələri gənc futbolçunun bir neçə oyununu izləyib. Futbolçunun transferi ilə bağlı yaxın zamanlarda danışıqların başlanması gözlənilir.
Məlumatlara əsasən, futbolçu ilə "Galatasaray Sportif" şirkətinin Azərbaycan əsilli üzvü Ural Aküzüm fəal şəkildə maraqlanır. U.Aküzümün "Qarabağ" klubu və "Azərsun Holdinq"in rəhbəri Abdolbari Gozal və klubun baş məşqçisi Qurban Qurbanovla yaxşı münasibətlərinin olduğu bildirilir.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü Toral Bayramov 2019-cu ildən "Qarabağ"ın heyətində çıxış edir. Bütün turnirlərdə "Qarabağ"ın tərkibində 72 oyun keçirmiş T.Bayramov 4 qola imza atıb. Onun 2024-cü ilədək "Qarabağ"la müqaviləsini olduğu deyilir.
