...

Qadın voleybolçulardan ibarət millmiz Avropa çempionatının final mərhələsinə yüksəlib

İdman Materials 11 Sentyabr 2022 00:47 (UTC +04:00)
Qadın voleybolçulardan ibarət millmiz Avropa çempionatının final mərhələsinə yüksəlib

Bakı. Trend:

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə yüksəlib.

Trend-in məlumatına görə, yığmamız buna təsnifat mərhələsinin sonuncu turunun oyununda nail olub.

D qrupunda mübarizə aparan millimiz səfərdə Avstriya yığması ilə qarşılaşıb. Yığmamız rəqibini 3:1 hesabı ilə məğlub edib.

Millimiz ardıcıl 10-cu dəfə Avropa çempionatında oynayacaq. Bu ənənəni "Avro-2005"də başlayan komandamız iki dəfə turnirin yarımfinalçısı olaraq 4-cü yeri tutub.

Bu dəfə voleybolçularımız 4 ölkədə təşkil olunan "Avro-2023"ə yüksəlib. Yarışın final mərhələsi Belçika, İtaliya, Estoniya və Almaniyada keçiriləcək.

Qeyd edək ki, millimizin yer aldığı D qrupunda 1-ci yeri Sloveniya millisi tutub. Azərbaycan qrup ikincisi kimi mərhələ adlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti