...

Batut gimastikası üzrə 6-cı Bakı birinciliyinin yarışlarına start verilib (FOTO)

İdman Materials 6 Noyabr 2022 12:49 (UTC +04:00)
Batut gimastikası üzrə 6-cı Bakı birinciliyinin yarışlarına start verilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 6-da Bakı Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş batut gimnastikası üzrə 6-cı Bakı birinciliyinin açılış mərasimi keçirilib.

Trend bazar günü xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sonra batut gimastikası üzrə VI Bakı birinciliyinin yarışlarına start verilib. Yarışlarda “Ocaq Sport” klubunu və Bakı Gimnastika Məktəbini təmsil edən 55 oğlan və 46 qız iştirak edir.

Gimnastlar balacalar (2015-ci il), uşaqlar (2012-2014-cü illər), yeniyetmələr (2010-2011-ci illər), gənclər (2006-2009-cu illər) yaş kateqoriyasında çıxış edirlər.

İdmançılar fərdi proqramda çıxış edirlər.

FOTO - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti