...

Batut gimnastikasında yüksək nəticələr əldə etməyi arzu edirəm - gənc idmançı

İdman Materials 6 Noyabr 2022 14:02 (UTC +04:00)
Batut gimnastikasında yüksək nəticələr əldə etməyi arzu edirəm - gənc idmançı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Mən batut gimnastikasında yüksək nəticələr əldə etməyi arzu edirəm.

Bunu bazar günü Trend-ə batut gimnastikası üzrə 6-cı Bakı birinciliyinin iştirakçısı, gənc idmançı Samirə Hüseynova deyib.

"Təbii ki, çempion olmaq istəyirəm. Milli komandanın üzvləri - Maqsud Maqsudov və Selcan Maqsudovanın çıxışlarına baxmağı xoşlayıram, proqramlarını gözəl ifa edirlər. Düşünürəm ki, gələcəkdə çox məşq etsəm, eyni nəticələrə nail ola bilərəm", - deyə 11 yaşlı gimnast bildirib.

Gənc idmançının sözlərinə görə, uşaqlıqdan batut gimnastikası ilə məşğul olmaq arzusunda olub:

"Dörd yaşımdan idmanla məşğulam, həyatımda batut idmanı mühüm yer tutur. Mənə çox şey öyrədən məşqçimə çox minnətdaram. Bundan əvvəl ölkədə keçirilən yarışlarda iştirak etmişəm, amma bu ayın sonuna kimi Bolqarıstanda beynəlxalq yarışlar məni gözləyir. Ümid edirəm ki, orada yaxşı nəticə göstərəcəm".

Qeyd edək ki, noyabrın 6-da Bakı Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş batut gimnastikası üzrə 6-cı Bakı birinciliyi keçirilir.

Sonra batut gimastikası üzrə VI Bakı birinciliyinin yarışlarına start verilib. Yarışlarda “Ocaq Sport” klubunu və Bakı Gimnastika Məktəbini təmsil edən 55 oğlan və 46 qız iştirak edir.

Gimnastlar balacalar (2015-ci il), uşaqlar (2012-2014-cü illər), yeniyetmələr (2010-2011-ci illər), gənclər (2006-2009-cu illər) yaş kateqoriyasında çıxış edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti