...

I Beynəlxalq “Ocaq” Kubokunun medalçıları sırasında olduğum üçün xoşbəxtəm - gənc idmançı

İdman Materials 26 Noyabr 2022 20:18 (UTC +04:00)
I Beynəlxalq “Ocaq” Kubokunun medalçıları sırasında olduğum üçün xoşbəxtəm - gənc idmançı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastika üzrə I Beynəlxalq “Ocaq” Kubokunun medalçıları sırasında olduğum üçün xoşbəxtəm.

Bunu şənbə günü Trend-ə yarışların bürünc medalçısı Xəzra Qasımlı deyib.

Gənc idmançı 2015-ci il təvəllüdlü gimnastlar arasında alətsiz hərəkət proqramında yarışda üçüncü yeri tutub.

"Xüsusilə “Ocaq kuboku” ilk dəfə keçirildiyinə görə mükafatı qazandığım üçün şadam. Bu yaxınlarda mən Gürcüstanda keçirilən beynəlxalq turnirdə iştirak etdim və orada bir gümüş və iki bürünc medal qazandım. Açığı, Bakıda keçirilən yarışlarda daha çox həyəcanlanıram, yəqin ki, ona görədir ki, vətənimdə həmişə daha yaxşı çıxış etmək istəyirəm", - deyə X.Qasımlı bildirib.

Gənc gimnast əlavə edib ki, Beynəlxalq "Ocaq Kubokunda" iştirak etmək ona çoxlu müsbət emosiyalar bağışlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti