...

Azərbaycana səfərimiz təəssüratlarla doludur - Cessika və Cennifer Qədirovalar

İdman Materials 9 Dekabr 2022 23:24 (UTC +04:00)
Azərbaycana səfərimiz təəssüratlarla doludur - Cessika və Cennifer Qədirovalar
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Şəki. Trend:

Böyük Britaniyanın qadın gimnastika komandasının nümayəndələri, Azərbaycan əsilli idmançılar Cessika və Cennifer Qədirova bacıları Şəki şəhərində birgə yarışlar çərçivəsində təşkil olunan qala şouda çıxış ediblər.

Trend xəbər verir ki, yerli jurnalistlərlə söhbətində Qədirova bacıları Azərbaycanda olmaqdan şad olduqlarını qeyd edərək təəssüratlarını bölüşüblər.

"Bakıda babamızı və nənəmizi və digər qohumlarımızı ziyarət etdik, sonra Şəkiyə gəldik, burada şəhəri gəzməyə, memarlıq abidələrini, gözəl binaları, tarixi görməli yerləri gördük. Ümid edirik ki, yola düşməzdən əvvəl Bakını gəzə biləcəyik. Səfərimiz gözəl təəssüratlarla doludur", - deyə gimnastlar bildirib.

Gimnastika qala şousundan danışan Qədirova bacıları onu fantastik adlandırıblar.

"Şounun müxtəlif gimnastika növlərini birləşdirməsi çox gözəldir. Bu, bizə bədii, kişi idmanı, akrobatika gimnastikası nümayəndələrinin çıxışlarını izləmək imkanı verdi", - deyə gimnastlar bildirib.

Qeyd edək ki, dekabrın 8-11-də Şəki Olimpiya İdman Kompleksində gimnastikanın altı növü üzrə birgə yarışlar keçirilir. Yarışlar Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunub.

Yarış proqramına kişilər arasında bədii gimnastika və akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan çempionatı, qadın idman gimnastikası, batut üzərində tullanma və aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı, tamblinq üzrə 18-ci Azərbaycan çempionatı və bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti