...

"Barselona" 14-cü dəfə İspaniya Superkubokunun qalibi olub

İdman Materials 16 Yanvar 2023 00:58 (UTC +04:00)
"Barselona" 14-cü dəfə İspaniya Superkubokunun qalibi olub

Bakı. Trend:

Futbol üzrə İspaniya Superkubokunun finalında "Barselona" komandası "Real Madrid"i 3:1 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, görüş Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Fəhd adına Beynəlxalq Stadionunda keçirilib.

Qalib komandanın heyətində qolları Qavi (33-cü dəqiqə), Robert Levandovski (45) və Pedri (69) vurub. "Real Madrid"in heyətində Kərim Benzema (90+3) fərqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti