...

“Şamaxı” futbol klubu növbəti transferini reallaşdırıb

İdman Materials 16 Yanvar 2023 02:13 (UTC +04:00)
“Şamaxı” futbol klubu növbəti transferini reallaşdırıb

Bakı. Trend:

“Şamaxı” futbol klubu növbəti transferini reallaşdırıb.

Trend-in məlumatına görə, yarımmüdafiəçi Əli Səmədov qarşıdakı 1 ildə “Şamaxı”nın formasını geyinəcək.

İyirmi beş yaşlı futbolçu daha əvvəl “Kəpəz”də çıxış edib.

“Şamaxı” bu transferədək hücumçu Emil Qasımov, Emin Zamanov, Zahid Mərdanovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov və Bahadur Həziyevlə müqaviləni yeniləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti