...

İngiltərə Premyer Liqası: "Mançester Siti" "Tottenhem"i məğlub edib

İdman Materials 20 Yanvar 2023 02:38 (UTC +04:00)
İngiltərə Premyer Liqası: "Mançester Siti" "Tottenhem"i məğlub edib

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 7-ci turunun təxirə salınmış matçında "Mançester Siti" futbol klubu "Tottenhem"i 4:2 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, doğma meydanında oynayan "Mançester Siti" ilk hissədən sonra iki top fərqi ilə uduzurdu.

Qalib komandanın heyətində qolları Xulian Alvares (51), Erlinq Haaland (53) və Riyad Mahrez (63 və 90) vurublar. "Tottenhem"in heyətində Deyan Kuluşevski (44) və Emerson (45+2) fərqləniblər.

“Mançester Siti” 19 turdan sonra 42 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Tottenhem” ardıcıl ikinci məğlubiyyətini alıb və 20 oyundan sonra 33 xalla 5-ci yerdədir.

Xəbər lenti

Xəbər lenti