...

Azərbaycan gimnastları dünya səviyyəsində yüksək nəticələr əldə edib - İspan xoreoqraf (FOTO)

İdman Materials 21 Yanvar 2023 12:17 (UTC +04:00)
Azərbaycan gimnastları dünya səviyyəsində yüksək nəticələr əldə edib - İspan xoreoqraf (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan gimnastları dünya səviyyəsində yüksək nəticələr əldə edib və əldə etməyə davam edir.

Trend-in məlumatına görə, bu barədə ispan xoreoqraf Beatris Brito Agilera jurnalistlərə açıqlamasında deyib. O, Bakı şəhərində Azərbaycanın bədii gimnastika üzrə müxtəlif yaş qruplarından olan yığma komandasının üzvlərinə məşqlər keçir.

"Zəriflik həm texniki ustalıq, həm də artistlik kimi inkişaf etdirilir. Folklora, Azərbaycan rəqslərinə diqqət yetirsək, görərik ki, bütün bunlar azərbaycanlı gimnastlara özlərini gimnastika xalçasında ifadə etməyə kömək edir. Bütün bu yüksək nailiyyətlərin və nəticələrin arxasında, böyük və zəhmətli əmək dayanır və mən Bakıya gələndən sonra məşq zalında iş zamanı bunu əyani olaraq gördüm", - ispan xoreoqraf deyib.

Beatris Brito Agilera, həmçinin, Azərbaycanın paytaxtına səfərinin təcrübə mübadiləsi ilə əlaqəli olduğunu vurğulayıb.

"Bakı səfəri mənim üçün yuxu kimidir. Mən uzun müddət ərzində Azərbaycanın paytaxtında keçirilən beynəlxalq tədbirləri müşahidə edirdim. Buraya gəldikdə gözəl şəhər və Milli Gimnastika Arenasında yaradılmış möhtəşəm şəraitlə qarşılaşdım", - o deyib.

Azərbaycan gimnastlarının gənc nəslindən danışan ispaniyalı xoreoqraf, həmçinin, onların yüksək potensiala malik olduqlarını qeyd edib.

"Azərbaycan gimnastlarının böyüməkdə olan nəsli çox güclüdür. Onların böyük idman nailiyyətləri əldə edəcəklərini düşünürəm", - o əlavə edib.

Qeyd edək ki, Bakı şəhərində Milli Gimnastika Arenasında ölkəmizə dəvət olunmuş ispan xoreoqraf Beatris Brito Agileranın rəhbərliyi altında xoreoqrafiya üzrə dərslər keçirilir. Dərslər bədii gimnastika üzrə müxtəlif yaş qruplarından olan yığma komandanın üzvləri üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti