...

Gimnastlarımız Latviyadan yeddi medalla qayıdırlar

İdman Materials 5 Mart 2023 04:56 (UTC +04:00)
Gimnastlarımız Latviyadan yeddi medalla qayıdırlar

Bakı. Trend:

Latviyanın paytaxtı Riqada qadın idman gimnastikası üzrə keçirilən “Little Tigers Cup” adlı beynəlxalq turnirdə yeniyetmə gimnastlarımız 1 qızıl, 4 gümüş, 3 bürünc medal əldə ediblər.

Trend Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, komandamızın üzvü Xədicə Abbaszadə dayaqlı tullanmada qızıl, çoxnövçülük, sərbəst hərəkətlər və gimnastika tirində gümüş medal qazanıb. Leyla Məmmədzadə dayaqlı tullanmada gümüş, gimnastika tirində bürünc medala sahib olub. Albina Aliyeva çoxnövçülük və sərbəst hərəkətlərdə bürünc medala yiyələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti