Bakı. Trend:
İlin ilk uğurunu ötən il Macarsıtanda keçirilən beynəlxalq turnirdə qazanan bədii gimnastlarımız bu ay daha bir nailiyyətə imza atıblar.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə bildirilib ki, bu dəfə gənc gimnastlarımız fərqləniblər. Martın 2-dən 6-dək Almaniyanın Fellbax-Şmiden şəhərində bədii gimnastika üzrə keçirilən beynəlxalq turnir qrup hərəkətləri yığmamızın 3 gümüş medalı ilə yadda qalıb.
Yarışda ölkəmizi təmsil edən Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı gənc gimnastlarımız çoxnövçülüklə yanaşı, 5 ip və 5 topla hərəkətlərin icrasında fəxri kürsünün ikinci pilləsində yer alıblar.