...

Stolüstü tennisçilərimiz Türkiyədə iki medala sahib olublar

İdman Materials 22 Mart 2023 01:30 (UTC +04:00)
Stolüstü tennisçilərimiz Türkiyədə iki medala sahib olublar

Bakı. Trend:

Stolüstü tennisçimiz Mərziyyə Nurmətova Türkiyədə keçirilən beynəlxalq turnirin mükafatına layiq görülüb.

Trend Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadla xəbər verir ki, Antalyada təşkil olunan “Pro-Tur” yarışının qrup mərhələsində Almaniya və Türkiyə idmançılarını üstələyən M.Nurmətova səkkizdəbir finalda türkiyəli rəqibini, ardınca komanda yoldaşı Aylin Əsgərovanı mübarizədən kənarlaşdırsa da, yarımfinalda Çin Taypeyi idmançısına uduzaraq bürünc medalla kifayətlənib.

Seçmə komandamızın digər üzvü Yağmur Məmmədli turnirin gümüş mükafatına layiq görülüb.

Martın 22-də Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Adil Əhmədzadədən ibarət komandamız mübarizəyə qatılacaq.

Xəbər lenti

Xəbər lenti