...

Azərbaycanlı gimnastlar beynəlxalq turnirdə 9 qızıl medal qazanıblar (FOTO)

İdman Materials 27 Mart 2023 16:49 (UTC +04:00)
Azərbaycanlı gimnastlar beynəlxalq turnirdə 9 qızıl medal qazanıblar (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Gənc azərbaycanlı gimnastlar 25-26 mart tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirilən "Keti Cup" bədii gimnastikası üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Bu barədə Trend-ə bu gün Azərbaycan Gimnastika Federasiyasından bildiriblər.

Yarışlarda ölkəmizi "Ocaq Sport" klubunun yetirmələri təmsil ediblər. Gənc gimnastlar Vətənə 9 qızıl, 8 gümüş və 5 bürünc medalla qayıdıblar.

Beləliklə, Maya Kozaçuk iki qızıl (gürz və topla hərəkətlər) və bir gümüş medal (müxtəlif hərəkətlər üzrə); Selin Yusifova iki qızıl (müxtəlif hərəkətlər və predmetsiz hərəkətlər) və bir gümüş medal (topla hərəkətlər); Sara Cəlilli bir qızıl (müxtəlif hərəkətlər üzrə), bir gümüş (predmetsiz hərəkətlər) və bir bürünc medal (topla hərəkətlər); Nilüfər Qasımova bir qızıl (predmetsiz hərəkətlər) və bir gümüş medal (müxtəlif hərəkətlər üzrə); Suada İskakova bir qızıl (gürzlə hərəkətlər) və bir bürünc medal (predmetsiz hərəkətlər); Röya Əlikişiyeva bir qızıl (halqa ilə hərəkətlər) və bir bürünc medal (gürzlə hərəkətlər); Alsu Abdullayeva bir qızıl medal (predmetsiz hərəkətlər), Ahu Aslanova bir gümüş medal (predmetsiz hərəkətlər); Fərəh Həsənova bir gümüş medal (predmetsiz hərəkətlər); İnara Abıyeva bir gümüş medal (topla hərəkətlər); Beril Yalın bir gümüş medal (topla hərəkətlər); Leyla Azaqova bir bürünc medal (müxtəlif hərəkətlər üzrə); Ayla Abbaszadə bir bürünc medal (gürzlə hərəkətlər) qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti