...

"Beşiktaş" xeyriyyə oyununda "Atletiko"ya qalib gəlib

İdman Materials 12 Aprel 2023 23:55 (UTC +04:00)
"Beşiktaş" xeyriyyə oyununda "Atletiko"ya qalib gəlib

Bakı. Trend:

Türkiyədə "Beşiktaş" və İspaniyanın "Atletiko" (Madrid) komandaları arasında xeyriyyə oyunu keçirilib.

Trend xəbər verir ki, "Vodofon Park" stadionunda oynanılan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 25-ci dəqiqədə Jedson Fernandeş və 88-ci dəqiqədə Kevin Nkudu vurublar.

Matçdan öncə Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Oyundan əldə olunacaq gəlir zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti