...

FIG Dünya kuboku yarışlarının birinci günündə azərbaycanlı gimnastların kvalifikasiyada çıxışlarının nəticələri (FOTO)

İdman Materials 21 Aprel 2023 11:56 (UTC +04:00)
FIG Dünya kuboku yarışlarının birinci günündə azərbaycanlı gimnastların kvalifikasiyada çıxışlarının nəticələri (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı gimnastlar Zöhrə Ağamirova və Alina Gözəlova Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya kuboku yarışlarının birinci günü kvalifikasiyada çıxış ediblər.

Trend cümə günü xəbər verir ki, Zöhrə Ağamirova halqa ilə hərəkətlər proqramında hakimlərdən 29.750 bal alıb, Alina Gözəlovanın çıxışı isə 27.300 balla qiymətləndirilib. Hazırki nəticələrə görə halqa ilə hərəkətlər proqramında Zöhrə Ağamirova müvəqqəti olaraq ikinci yer, Alina Gözəlova isə müvəqqəti olaraq beşinci yer tutur.

Z. Ağamirovanın topla hərəkətinə görə nəticəsi 32.000 bal olub, hazırki nəticələrə görə, o müvəqqəti olaraq birinci yer tutub, A, Gözəlova isə 30.950 balla müvəqqəti olaraq üçüncü yer tutur.

Qeyd edək ki, bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları 21-23 aprel tarixləri arasında keçirilir. Yarışlarda dünyanın 40 ölkəsindən 135 gimnast fərdi və qrup hərəkətləri proqramında çıxış edirlər.

Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda təmsil edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti