...

İsrailli gimnastlar Bakıda keçirilən Avropa çempionatında beş halqa ilə yarışda qızıl medal qazanıblar

İdman Materials 21 May 2023 18:08 (UTC +04:00)
İsrailli gimnastlar Bakıda keçirilən Avropa çempionatında beş halqa ilə yarışda qızıl medal qazanıblar
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında beş halqa ilə final yarışında birinci olub.

Trend xəbər verir ki, israilli gimnastların çıxışı 35,800 xalla qiymətləndirilib. Bolqarıstan komandası 35,250 xalla yarışı ikinci, İtaliya kollektivi isə 34,950 xalla üçüncü pillədə başa vurublar.

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət Azərbaycan komandası 32,800 xalla səkkizinci yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti