...

UEFA Avropa Liqasında növbəti turun oyunları olub

İdman Materials 27 Oktyabr 2023 01:38 (UTC +04:00)
UEFA Avropa Liqasında növbəti turun oyunları olub

Bakı. Trend:

Oktyabrın 26-da UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunları keçirilib.

Trend-in məlumatına görə, Ağdamın “Qarabağ” komandası ilə eyni qrupda mübarizə aparan “Molde” öz meydanında “Hekken”i darmadağın edib – 5:1.

İngiltərənin “Liverpul” klubu isə Fransa “Tuluza”sını sınağa çəkib. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb – 5:1.

Digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb:

“Aris” – “Betis” – 0:1

“Marsel” – “AEK” – 3:1

“Olimpiakos” – “Vest-Hem” – 2:1

“Rakuv” – “Sportinq” – 1:1

“Sparta Praqa” – “Reyncers” – 0:0

“Şturm Qraz” – “Atalanta” – 2:2

“TSC” – “Frayburq” – 1:3

“Roma” – “Slaviya” – 2:0

“Brayton” – “Ayaks” – 2:0

“Panatinaikos” – “Renn” – 1:2

“Royal Union” – “LASK” – 2:1

“Şerif” – “Servett” – 1:1.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti