...

"Qarabağ" "Bayer"ə qarşı - Avropa Liqası

İdman Materials 9 Noyabr 2023 09:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının qrup mərhələsində 4-cü tur oyununa çıxacaq.

Trend xəbər verir ki, Qurban Qurbanovun komandasının rəqibi Leverkuzen "Bayer"i (Almaniya) olacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.

Bu komandalar arasında 3-cü tur görüşü "Bayer"in 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

H qrupunun digər matçında isə "Hekken" evdə "Molde" ilə üz-üzə gələcək.

Avropa Liqası, qrup mərhələsi, 4-cü tur

21:45. "Qarabağ" (Azərbaycan) - "Bayer" (Leverkuzen, Almaniya)

Hakimlər: Kreyq Pouson, Simon Bennett, Lee Betts, Con Brooks

Tofiq Bəhramov adına Respublika Stadionu.

00:00. "Hekken" (İsveç) - "Molde" (Norveç)

Xəbər lenti

Xəbər lenti