...

AFFA rəqibini yumruqla vuran futbolçunun cəzasını açıqlayıb

İdman Materials 13 Yanvar 2024 12:11 (UTC +04:00)
AFFA rəqibini yumruqla vuran futbolçunun cəzasını açıqlayıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Trend xəbər verir ki, toplantıda Region Liqası oyunları ilə bağlı aşağıdakı qərarlar verilib:

6 yanvar 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Balakən” FK – “Goranboy Qala” FK oyununda “Balakən” komandasının heyətində 17 nömrəli futbolçu Ariz Teymurlu qarşılaşmanın 57-ci dəqiqəsində rəqibi yumruq ilə vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılsın (maddə 40.3);

6 yanvar 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Balakən” FK – “Goranboy Qala” FK oyununda “Goranbay Qala” komandasının heyətində 7 nömrəli futbolçu Xəyal Qasımov qarşılaşmanın 57-ci dəqiqəsində rəqibi yumruq ilə vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılsın (maddə 40.3);

7 yanvar 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Veteran Tankçılar Gəncə” FK – “Göyəzən” oyununda “Veteran Tankçılar Gəncə” komandasının heyətində 10 nömrəli futbolçusu Orxan Məmmədovun qarşılaşmanın 90+1-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 36.5);

6 yanvar 2024-cü il tarixində AFFA Region Liqasında keçirilən “Göyçay” FK – “Ümid” FK (Saatlı) oyununda “Göyçay” komandasının heyətində 14 nömrəli futbolçusu Sahil Bəşirovun qarşılaşmanın 76-cı dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 36.5);

23 dekabr 2023-cü il tarixində AFFA U-13 Liqasında keçirilən EFA – “Xəzər Bakı” oyununun 39-cu dəqiqəsində “Xəzər Bakı” komandasının baş məşqçisi Cəlal Həsənli hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 3 oyun cəzalandırılsın (maddə 43.4).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti