...

"Qarabağ" "Bayer" səddini keçə bilmədi (YENİLƏNİB-6) (FOTO/VİDEO)

İdman Materials 15 Mart 2024 02:00 (UTC +04:00)
"Qarabağ" "Bayer" səddini keçə bilmədi (YENİLƏNİB-6) (FOTO/VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" və "Qarabağ" komandaları arasında cavab matçı başa çatıb.

Trend xəbər verir ki, oyun Almaniyanın "Bayer Leverkuzen" komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ"ın heyətində qolları Abdullah Zubir (59-cu dəqiqə), Juninyo (68) vurublar. "Bayer"in heyətində Jeremi Frimponq (72-ci dəqiqə), Patrik Şik (90+3, 90+8) fərqləniblər.

Səfərdəki ilk matçda Ağdam klubu ilə 2:2 hesablı heç-heçə edən "Bayer" iki görüşün nəticəsinə əsasən 1/4 finala vəsiqə qazanıb. "Qarabağ" isə Avropa Liqasında mübarizəni dayandırıb.

01:56

xxx

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" və "Qarabağ" komandaları arasında cavab matçı keçirilir.

Trend xəbər verir ki, "Bayer"in heyətində 3-cü qolu Patrik Şik vurub.

01:52

xxx

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" və "Qarabağ" komandaları arasında cavab matçı keçirilir.

Trend xəbər verir ki, oyunda hesab bərabərləşib. "Bayer"in heyətində Patrik Şik (90+3) fərlqənib.

xxx

01:43

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" və "Qarabağ" komandaları arasında cavab matçı keçirilir.

Trend xəbər verir ki, "Bayer" hesab fərqini azaldıb. Almaniya təmsilçisinin heyətində Jeremi Frimponq (72-ci dəqiqə) fərqlənib.

01:26

xxx

UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Bayer" ilə oyunda "Qarabağ" hesabı 2:0 edib.

Trend xəbər verir ki, ikinci qolu 68-ci dəqiqədə Juninyo vurub.

01:25

xxx

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" və "Qarabağ" komandaları arasında cavab matçı keçirilir.

Trend xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev qırmızı vərəqə alıb.

01:17

xxx

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" və "Qarabağ" komandaları arasında keçirilən oyunda "Qarabağ" hesabı açıb.

Trend xəbər verir ki, "Qarabağ"ın heyətində Abdullah Zubir (59-cu dəqiqə) fərqlənib.

00:02

xxx

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" və "Qarabağ" komandaları arasında cavab matçı başlayıb.

Trend-in məlumatına görə, "BayArena" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti