Bakı. Trend:
“Sabah” “Qəbələ” ilə yoxlama oyunu keçirəcək.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, matç martın 23-də təşkil olunacaq.
Qarşılaşma saat 17:00-da “Bank Respublika Arena”da start götürəcək.
Qeyd edək ki, milli komandaların oyunu ilə əlaqədər Premyer Liqada fasilə yaranıb.