...

Millimizin ikinci sınağı - HEYƏTLƏR

İdman Materials 25 Mart 2024 19:32 (UTC +04:00)
Millimizin ikinci sınağı - HEYƏTLƏR

Bakı. Trend:

Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yığmamız Bolqarıstanla üz-üzə gələcək.

Arif Əsədovun rəhbərlik etdiyi komandamız FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan "FİFA series – Edition 2024" layihəsi çərçivəsində ikinci matçına çıxacaq. Üç gün əvvəl Monqolustanı son dəqiqələrdə vurulan qolla məğlub edən millimiz 2024-cü ildəki ikinci oyunda da qalib gəlməyə çalışacaq.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Matç saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Bolqarıstan millisi də Bakıdakı ilk görüşündə 1:0 hesablı qələbə qazanıb. Rəqibimiz Tanzaniyanı üstələyib.

"FİFA series – Edition 2024"
25 mart
20:00. Azərbaycan – Bolqarıstan
Baş hakim:
Kristo Tohver (Estoniya)
Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 4. Bəhlul Mustafazadə, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 14. Eddi İsrafilov, 8. Emin Mahmudov, (k), 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov
Bolqarıstan: 23. İvan Dulqerov, 6. Valentin Antov, 5. Aleks Petkov, 3. Jivko Atanasov, 26. Viktor Popov, 4. İliya Qruyev, 20. Filip Krastev, 7. Georgi Kostadinov, 22. İlian İliuev, 11. Kiril Despodov (k), 17. Aleksandr Kolev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Xəbər lenti

Xəbər lenti