...

AVRO-2024-ə son üç vəsiqənin sahibi müəyyənləşir

İdman Materials 26 Mart 2024 13:55 (UTC +04:00)
AVRO-2024-ə son üç vəsiqənin sahibi müəyyənləşir

Bakı. Trend:

AVRO-2024-ün pley-off mərhələsinə yekun vurulacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Almaniyada keçiriləcək turnirin son üç iştirakçısı A, B və C yolu üzrə final görüşlərində bəlli olacaq.

Pley-offun final mərhələsində Uels Polşanı qəbul edəcək. Ukrayna öz meydanında İslandiyanı sınağa çəkəcək.

Qonşu Gürcüstan isə Yunanıstanla qarşılaşacaq. Qələbə qazanacağı təqdirdə, Gürcüstan yığması tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edəcək.

AVRO-2024-ün pley-offu
Final
26 mart
A yolu

23:45. Uels – Polşa
B yolu
23:45. Ukrayna – İslandiya
C yolu
21:00. Gürcüstan – Yunanıstan

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti