...

Savçukla görüş mənim üçün xoş bir revanş oldu - Zeynəb Rəhimova

İdman Materials 29 Mart 2024 10:54 (UTC +04:00)
Savçukla görüş mənim üçün xoş bir revanş oldu - Zeynəb Rəhimova

Bakı. Trend:

Çox sevinirəm ki, öz vətənimdə keçirilən beynəlxalq turnirdə çempion oldum.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin boksçusu Zeynəb Rəhimova (54 kq) deyib.

Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirində qızıl medal qazanan idmançı qələbəsini şərh edib.

O bildirib ki, paytaxtdakı döyüşdə Avropa çempionatındakı məğlubiyyətinin də revanşını alıb:

“Finala gedən yolda italiyalı Alyona Savçukla üz-üzə gəldim. Onunla daha öncədən tanış idik. 2022-ci ildə Budvada keçirilən Avropa çempionatında qarşılaşmışdıq və uduzmuşdum. Bu baxımdan sırf bu görüş mənim üçün xoş bir revanş oldu. Düzdür, qarşılaşma çətin keçdi. Savçuka əvvəl məğlub olduğumdan psixoloji gərginliyim vardı. Amma hər şey istədiyim kimi alındı. Öz vətənimdə onu məğlub etməyi bacardım”.

O, qızıl medal görüşünün də gərgin alındığını deyib:

“Finalda özbək boksçu ilə döyüşdüm. Onu 4:1 hesabla məğlub edərək qızıl medala yiyələndim və Azərbaycan himnini səsləndirdim. Qarşıda bizi Avropa çempionatı gözləyir. Bu yarışa da tam gücümlə hazırlaşıram. İnanıram ki, qitə birinciliyində də çempion olacağam”.

Qeyd edək ki, Rəhimov finalda özbəkistanlı Şahina Nematovanı məğlub edib.

Xəbər lenti

Xəbər lenti