Bakı. Trend:
Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub.
Trend-ə İdman.biz-ə istinadən xəbər verir ki, turun son günündə iki matç baş tutub.
Hər iki qarşılaşma Bakıda keçirilib. Dörd gün öncə kubok matçında qarşılaşan “Zirə” və “Qəbələ” yenidən qəsəbə klubunun meydanında görüşüblər. Budəfəki oyun da Rəşad Sadıqovun yetirmələrinin qələbəsi ilə yekunlaşıb. Erkən qollar vuran "Zirə" "Qəbələ"nin qapısından 4 cavabsız top keçirib.
“Neftçi” isə “Sumqayıt”ı sınağa çəkib. Qarşılaşmada qalib müəyyənləşməyib. Birinci hissəni üstün bitirən qonaq komanda sonda 1 xala razılaşıb. Emin Mahmudov "ağ-qaralar"ın bərabərlik qolunun müəllifi olub.
Qeyd edək ki, turun digər matçları aprelin 5-6-da keçirilib.