Bakı. Trend:
Şahmat üzrə İddiaçılar Turnirinin istirahət günündə qeyri-rəsmi blits turniri keçirilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Kanadaya Nicat Abasovun sekundant-məşqçisi kimi yollanan Şəhriyar Məmmədyarov yarışda iştirak edib.
O, turnirin qalibi olub.
Qeyd edək ki, Abasov İddiaçılar Turnirində 5 turdan sonra 1,5 xalla 7-ci pillədə qərarlaşıb.