...

Raul Qarsiya mövsümün sonunda karyerasını bitirəcək

İdman Materials 16 Aprel 2024 04:18 (UTC +04:00)
Raul Qarsiya mövsümün sonunda karyerasını bitirəcək

Bakı. Trend:

“Atletik”in futbolçusu Raul Qarsiya gələcək karyerası ilə bağlı qərarını verib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi mövsümün sonunda karyerasını bitirəcək.

O, bu qərarı barədə komanda yoldaşlarına mesaj verib. 38 yaşlı futbolçu La Liqa tarixində ən çox oyun keçirənlər siyahısında 3-cüdür.

Raul 602 matçda forma geyinib. O, yalnız Andoni Subisaretta və Xoakindən geri qalır. Rekordçuların hesabında 622 oyun var.

Qeyd edək ki, Qarsiya 2015-ci ildən “Atletik”də çıxış edir.

Xəbər lenti

Xəbər lenti