...

"Sumqayıt"ın baş məşqçisi “Barselona”nın düşərgəsində - Xavi ilə görüşəcək

İdman Materials 24 Aprel 2024 12:44 (UTC +04:00)
"Sumqayıt"ın baş məşqçisi  “Barselona”nın düşərgəsində - Xavi ilə görüşəcək

Bakı. Trend:

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov İspaniyada təcrübədədir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bir neçə gün öncə Madridə yollanan Samir Abasov əvvəlcə burada "Real Madrid" və "Barselona" komandaları arasındakı "El-Klasiko"nu izləyib.

Növbəti gün Barselonaya yola düşən baş məşqçi burada bir həftəlik təcrübə keçəcək. "Barselona" klubunun məşqlərini izləyən çalışdırıcı Kataloniya təmsilçisinin məşqçisi Oskar Ernandez və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb.

Təcrübə proqramının sonunda onun "Barselona"nın baş məşqçisi Xavi ilə də görüşü nəzərdə tutulub.

Qeyd edək ki, bu səfərdə Samir Abasovu "Sumqayıt"ın fiziki hazırlıq üzrə məşqçisi Cerard Martines müşayiət edir.

Xəbər lenti

Xəbər lenti