...

Amerika kubokunda görünməmiş hadisə: Döyüşə “qoca”lar gedir

İdman Materials 22 İyun 2024 14:06 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-da keçirilən Amerika kubokunda yeni rekord qeydə alınıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki,, yarışın tarixində görünməmiş hadisə Peru – Çili matçında yaşanıb.

Amerika kubokunda ilk dəfə meydana 40 yaşdan yuxarı futbolçu çıxıb. Üstəlik, belə veteranların sayı bir deyil, iki olub.

Çilinin qapıçısı Klaudio Bravo 41 yaş 69 günlüyündə şans qazanıb. O, Amerika kuboku tarixində ən yaşlı futbolçu olub.

Perunun hücumçusu Paolo Gerrero 40 yaş 172 günlüyündə meydana çıxıb. O, turnirin tarixində ən yaşlı sahə oyunçusu, ümumilikdə ikinci futbolçusu olub.

Qeyd edək ki, qarşılaşma 0:0 hesabı ilə bitib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti