...

İnanıram ki, millimiz pley-inə yüksələcək - Baş məşqçisi

İdman Materials 3 Avqust 2024 15:49 (UTC +04:00)

Bakı. Trend:

Olimpiadada basketbolun 3x3 növündə gərgin mübarizə gedir.

Trend xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycanın aşağı yaş qrupları üzrə qız basketbolçulardan ibarət milli komandalarının baş məşqçisi Evren Alkaya deyib.

Türkiyəli çalışdırıcı qadınlardan ibarət 3x3 basketbol millimizin Paris-2024 Yay Olimpiya Oyunlarında şanslarını dəyərləndirib. O bildirib ki, artıq yığmamız tam olaraq öz oyununu göstərməyə başlayıb: “Dünya liderlərindən olan ABŞ-ı və uzun illər bu növə böyük diqqət ayıran Çini əzimkar şəkildə məğlub etdik. Hazırda oyunçularımız çox yaxşı formadadır. Onlar Olimpiadaya daha da alışdılar. Stressi üzərilərindən atdılar. İndi rəqib kim olsa da, qızlarımız sona qədər mübarizə aparacaqlar”.

Alkaya komandamızın bu gün Kanada ilə görüşün vacibliyinə də diqqət çəkib: “3 matçın bir-birinə təsiri böyük olacaq. Kanada çox sistemli, əla mübarizə aparan komandadır. Amma biz bu gün onları məğlub edə biləcək gücdəyik. Dünən bunu bir daha göstərdik. Fransa Avstraliya görüşündə ikincilər mütləq qalib gəlməlidir ki, meydan sahibləri bizim üçün təhlükə yaratmasın. Kanadanı məğlub edəcəyimiz halda isə Çin ABŞ-ı üstələməlidir. Belə halda 4-cü də ola bilərik. Amma biz muduzsaq, amerikalılar mütləq qələbə qazanmalıdırlar ki, 6-cı yeri tutaq. Şanslı olacağımızı, komandamızın performans göstərəcəyini nəzərə alaraq inanıram ki, millimizin 4-cü və ya 5-ci sırada pley-inə yüksələcəyini görəcəyik. Bu da Azərbaycan Basketbol Federasiyasının uğurudur. Əvvəl yaz aylarında başqa ölkələrin oyunlarını izləyiridiksə, indi həyəcanla, sevinclə öz millimizə azarkeşlik edirik. Bu çox böyük bir əməyin nəticəsidir”.

Qeyd edək ki, Azərbaycan – Kanada görüşü bu gün saat 19:30-da start götürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti