Bakı. Trend:
Estoniyanın Tallin şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatı başa çatıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan yığması komanda hesabında 1-ci yeri tutub.
Cüdoçularımız çempionatda 8 dəfə fəxrü kürsüdə yer alıblar. Yığmamızın qazandığı medallardan 4-nün əyarı qızıl, 2-si gümüş, 2-si isə bürünc olub. Sıralamasında ölkəmizi Serbiya (3-1-1) və Fransa (2-1-5) izləyib.
Qeyd edək ki, Avropa çempionatında millimizin heyətində Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) və Aslan Kotsoev (90 kq) gümüş, Tuncay Şamillə (90 kq) Kənan Nəsibov (+100 kq) isə bürünc medala yiyələnib.