...

Azərbaycan kuboku: “Şahdağ Qusar” və “Şəfa” növbəti mərhələdə

İdman Materials 12 Oktyabr 2024 18:29 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Azərbaycan kubokunun 2024/25 mövsümünə start verilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, I təsnifat mərhələsinin ilk oyun günündə iki matç baş tutub.

Yalnız II Liqa klublarının mübarizə apardığı raund Şamaxıda başlayıb. “Şahdağ Qusar” “Kür-Araz”ı qəbul edib. Meydan sahibləri hesabda geri düşsələr də, fasilədən sonra 4 dəqiqəyə 3 dəfə fərqləniblər.

Günün ikinci qarşılaşması Bakıda keçirilib. “Şəfa” “Saatlı-Araz”ı sınağa çəkib. Meydan sahibləri 2 cavabsız qolla qalib gəliblər.

Qeyd edək ki, I təsnifat mərhələsinə oktyabrın 14-də yekun vurulacaq.

Azərbaycan kuboku
I təsnifat mərhələsi
12 oktyabr (şənbə)

14:00. “Şahdağ Qusar” – “Kür-Araz” - 3:1
Qollar:
Famil Camalov, 73, 77, Cavid Quliyev, 79 - Nihad Məmmədov, 9
Baş hakim: İslam Məmmədov
“Şahdağ Qusar”: 99. Elmar Əzizov, 8. Fərman Qənbərov, 88. Mehdi Rəsulov, 7. Salman Atluxanov, 6. Vüsal Hüseynov, 9. Famil Camalov, 4. Rubin Seyidov (k), 21. Ruslan Ağalarov, 30. İlkin Mikayılov, 71. Cavid Quliyev, 38. Said Əliyev
Ehtiyat oyunçular: 12. Rafiq Kərimov, 1. Babək Allahverdiyev, 15. Nodar Məmmədov, 14. Rahid Əmirquliyev, 11. Tural Qurbatov, 19. İlyas Səfərzadə, 44. Afin Bağırov, 17. Emin Quliyev, 70. Ruslan Hacıyev, 10. Mehman Məsimov, 77. Ədilxan Qarəhmədov, 55. Firuz Əhmədov
Baş məşqçi: Elnur Abdullayev
“Kür-Araz”: 1. Şöhlət Rəhimov, 11. Ramazan Abbasov, 8. Cavidan Musazadə (k), 6. Ağasən Əsgərov, 9. Elxan Məmmədov, 77. Müseyib Vəlizadə, 15. Babək Yaqublu, 5. İlkin Hüseynli, 7. Fəzail Şirxanzadə, 13. Nihad Məmmədov, 4. Fərid Oruczadə
Ehtiyat oyunçular: 12. Hilal Maqsudlu, 14. Elnur Məmmədov, 18. Nicat Fərəcli, 3. Eltun Həsənli, 16. Əli İbrahimli
Baş məşqçi: Üzeyir Sefizadə
Şamaxı OİK stadionu

16:30. “Şəfa” – “Saatlı-Araz” - 2:0
Qollar:
Elvin Nəsibov, 9. Elçin Rəhimli, 34
Baş hakim: Rövşən Rəcəbov
“Şəfa”: 13. Əli Həsənli, 21. Novruz Məmmədov(k), 88. Aqşin Paşayev, 6. Ceyhun Cavadov, 28. Ülvi Quliyev, 17. Hüseyn Əliyev, 34. Elmin Əskərli, 7. Elvin Nəsibov, 8. Elçin Rəhimli, 27. Gülalı Mehrəliyev, 97. Cavad Bağırov
Ehtiyat oyunçular: 12. Rafiq Həsənov, 25. Qərib İbrahimov, 9. Röyal Nəcəfov, 70. Elgün Abbaslı, 32. Elməddin Hüseynzadə, 77. İbrahim Aslanlı, 11. Nurlan Şabanov, 10. Rauf Məhərrəmov, 99. Muhəmməd Məmmədli, 18. Rəsul Əliyev, 2. Ratmir Kavtunov
Baş məşqçi: Nadir Əliyev
“Saatlı-Araz”: 1. Ümid Cəfərov, 9. Nurlan İsayev, 19. Rəsul İbrahimov, 7. Xəyal Bədirov (k), 5. Qurban Hüseynov, 15. Cavid Əliyev, 11. Kamran Yolçuyev, 6. Həmzə Əliyev, 44. Ramiz Qasımov, 4. Loğman Əliyev, 14. Abdulla Köngülov
Ehtiyat oyunçular: 60. Tural Abbaszadə, 12. Teymur Hüseynov, 22. Tanrıverdi Məhərrəmli, 10. Zaur Fərzəliyev, 8. Ramin Süleymanov, 66. Turqut Mustafazadə, 24. Ülvi Əvəzov, 49. Pərviz Eyvazov
Baş məşqçi: Şəhriyar Məmmədov
“ASK Arena”

Xəbər lenti

Xəbər lenti