Bakı.
Azərbaycanın taekvondo üzrə yeniyetmələrdən ibarət komandası Avropa birinciliyində növbəti medalını qazanıb.
Trend-in məlumatına görə, Albaniyanın paytaxtı Tiranada keçirilən yarışda Gülay Əliyeva fəxri kürsüdə yer alıb.
44 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz, Türkiyə, Monteneqro və Yunanıstandan olan rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. Lakin, yarımfinalda polşalı Qabriela Vrzeşaya uduzan Gülay, nəticədə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, birinciliyin ilk günündə taekvondoçumuz Fərid Əlizadə (61 kq) də bürünc medal qazanıb.