Bakı. Trend:
Günün ilk oyununda "Rizespor" "Alanyaspor" üzərində 3:1 hesablı qələbə qazanıb.
Trend xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" "Kasımpaşa" ilə oyunda iki xal itirib – 3:3. Ötən mövsümdə də bu komandalar arasında keçirilən iki matçda ümumilikdə 13 qol vurulması diqqət çəkir.
"Fənərbaxça" isə öz meydanında "Antalyaspor"u çətinlik çəkmədən 3:0 hesabı ilə məğlub edib və çempionluq yarışında önəmli üç xal qazanıb.
14:30 "Rizespor" – "Alanyaspor" 3:1
17:00 "Kasımpaşa" – "Qalatasaray" 3:3
21:30 "Fənərbaxça" – "Antalyaspor" 3:0