...

UEFA Millətlər Liqasında pley-off mərhələsinin nəticələri bəlli oldu

İdman Materials 24 Mart 2025 02:15 (UTC +04:00)
UEFA Millətlər Liqasında pley-off mərhələsinin nəticələri bəlli oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün 2024/25 UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab görüşləri keçirilib.

Trend xəbər verir ki, səkkiz oyunun nəticəsində komandaların hansı liqada çıxış edəcəyi müəyyənləşib.

İki oyunun yekununda qalib gələn komandalar daha yüksək liqaya yüksəlib, məğlub olanlar isə aşağı liqaya düşüb.

Qələbə qazanan komandalar arasında Türkiyə, Yunanıstan, Serbiya və Belçika A Liqasında, Gürcüstan, Kosovo, Sloveniya və İrlandiya isə B Liqasında yer alacaqlar.

Azərbaycan millisinin DÇ-2026 seçmə mərhələsindəki rəqibləri Ukrayna və İslandiya da pley-off oyunlarına çıxıb. Hər iki komanda məğlub olub, nəticədə Ukrayna B Liqasında, İslandiya isə C Liqasında mübarizə aparacaq.

Pley-off:

18:00. Gürcüstan – Ermənistan 6:1 (ilk oyun 3:0)
21:00. Macarıstan – Türkiyə 0:3 (ilk oyun 1:3)
​21:00. Serbiya – Avstriya 2:0 (1:1)
21:00. Şotlandiya – Yunanıstan 0:3 (1:0)21:00. İslandiya – Kosovo 1:3 (1:2)
21:00. Sloveniya – Slovakiya 1:0 (ə.v.) (0:0)
23:45. İrlandiya – Bolqarıstan 2:1 (2:1)
23:45. Belçika – Ukrayna 3:0 (1:3)

Xəbər lenti

Xəbər lenti