Bakı. Trend:
Bu gün milli komandamız növbəti yoxlama oyununu keçirəcək.
Trend xəbər verir ki, Fernandu Santuşun çalışdırdığı kollektiv Bakıda Belarusla üz-üzə gələcək.
Bu, Azərbaycan millisinin 2025-ci ildə ikinci yoxlama görüşü olacaq. Martın 22-də Sumqayıtda Haiti ilə üz-üzə gələn yığmamız rəqibinə 0:3 hesabı ilə uduzub.
Belarus isə sonuncu yoldaşlıq görüşünü martın 21-də səfərdə Tacikistana qarşı keçirib və 5:0 hesablı qələbə qazanıb.
Milli komandamız bu gün ilk dəfə “Bank Respublika Arena”da meydana çıxacaq.
Yoxlama oyunu
25 mart
21:45. Azərbaycan - Belarus
Hakimlər: Aleko Aptsiauri, Davit Axvlediani, Davit Qabisonia (Gürcüstan)
Dördüncü hakim: Tural Qurbanov (Azərbayan)
“Bank Respublika Arena”.