Bakı. Trend:
Misli Premyer Liqasında 28-ci turun növbəti oyunu keçirilib.
Trend-in məlumatına görə, elitada qalmaq uğrunda mübarizə aparan "Kəpəz" və "Səbail" komandaları Tovuzda üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib. Hesabı 41-ci dəqiqədə "Kəpəz"in heyətində Şervoni Mabatşoev açıb. "Dənizçilər"in bərabərlik qoluna isə Dimitro Litvin imza atıb.
Bu nəticədən sonra Gəncə klubu 24 xalla 9-cu, qonaqlar isə 19 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.
Digər matçda isə "Zirə" "Şamaxı"nı sınağa çəkəcək. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma saat 18:00-da start götürəcək.
"Qartallar" 52 xalla 2-ci, bölgə klubu 28 xalla 8-ci pillədədir.