Bakı. Trend:
Almaniyanın “Bavariya” klubundan ayrılacağı artıq dəqiqləşən təcrübəli hücumçu Tomas Müller karyerasını İtaliyanın A Seriyasında davam etdirə bilər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı futbolçu ilə “Fiorentina” klubu maraqlanır. Klub rəhbərliyi artıq idman direktoruna Müller barədə məlumat toplamağı tapşırıb.
Bununla belə, futbolçu ilə hələ ki rəsmi danışıqlara başlanmayıb.
Qeyd edək ki, Tomas Müller 2008-ci ildən “Bavariya”nın formasını geyinir. Bu müddət ərzində o, 745 oyunda meydana çıxaraq 248 qola imza atıb.