...

Çempionlar Liqasında yarımfinalçılar bəlli oldu

İdman Materials 17 Aprel 2025 01:03 (UTC +04:00)
Çempionlar Liqasında yarımfinalçılar bəlli oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Trend-in məlumatına görə, cavab oyunları çərçivəsində son iki qarşılaşma keçirilib.

“Real Madrid” səfərdə “Arsenal”a qarşı revanş almağa çalışsa da, londonluların üstünlüyünü sındıra bilməyib. Görüş “topçular”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb və nəticədə “Arsenal” yarımfinala yüksəlib.

Digər matçda “İnter” doğma meydanda “Bavariya”nı qəbul edib. Münhen təmsilçisi fasilədən sonra hesabı açsa da, “İnter” ardıcıl iki cavab qolu ilə üstünlüyü ələ alıb. Lakin qonaqlar sonradan bərabərlik qolunu vuraraq matçı 2:2 hesablı heç-heçə ilə başa çatdırıblar. Bu nəticə “İnter”in mərhələ adlamasına kifayət edib.

Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları 29-30 aprel və 6-7 may tarixlərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti