Bakı. Trend:
Çempionlar Liqasında yarımfinalçılar müəyyən olunub. "İnter" və "Arsenal" bu hüququ əldə edib.
Trend xəbər verir ki, bir gün əvvəl "Barselona" və PSJ də yarımfinala vəsiqə qazanmışdı.
Püşkün nəticəsinə əsasən, "Barselona" "İnter"lə, "Arsenal" isə PSJ ilə qarşılaşacaq.
Yarımfinal mərhələsinin ilk oyunları aprelin 29-30-da, cavab matçları isə mayın 6-7-də keçiriləcək.