Bakı. Trend:
İngiltərə Premyer Liqasında 29-cu turdan təxirə salınmış oyun keçirilib.
Trend xəbər verir ki, "Nyukasl" öz meydanında "Kristal Pelas"la qarşılaşıb.
"Sağsağanlar" doğma azarkeşləri qarşısında inamlı qələbə qazanıblar.
Həftəsonu "Mançester Yunyated"ə 4:1 hesabı ilə qalib gələn "Nyukasl" bu dəfə 5 cavabsız qolla uğur əldə edib. Bu qələbə ilə komanda 3-cü pilləyə yüksəlib.
22:30. "Nyukasl" - "Kristal Pelas" - 5:0