...

Bakıda keçirilən “Çempionların savaşı” turnirində rapid yarışları başa çatıb

İdman Materials 29 Aprel 2025 21:29 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün baş tutan 3 qarşılaşma ilə şahmat üzrə “Çempionların savaşı” rapid mərhələsinə yekun vurulub.

Trend xəbər verir ki, kişilər arasında keçirilən görüşdə Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu, özbəkistanlı Rüstəm Kasımcanovla qarşılaşıb. Dünən ilk üç turdan sonra üstünlüyü ələ alan qrossmeysterimiz ümumi hesabda 4:2 nəticə ilə qalib gəlib.

Qadınların mübarizəsində isə Azərbaycan çempionu Günay Məmmədzadə dünya və Avropa çempionu, bolqarıstanlı Antoaneta Stefanova ilə üz-üzə gəlib. Bu gün oynanılan hər üç partiya heç-heçə ilə başa çatıb. Dünən üstünlük qazanan Günay yekunda 3,5:2,5 hesabı ilə qələbəni təmin edib.

Qeyd edək ki, sabah turnir çərçivəsində 10 turdan ibarət blits mərhələsi keçiriləcək. Turnirin ümumi qalibləri rapid və blits mərhələlərinin nəticələrinin cəminə əsasən müəyyən olunacaq.

Xəbər lenti

Xəbər lenti