...

“Bayer” PSJ-nin 17 yaşlı futbolçusunu transfer etdi

İdman Materials 11 İyun 2025 17:57 (UTC +04:00)
“Bayer” PSJ-nin 17 yaşlı futbolçusunu transfer etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın "Bayer" komandası PSJ-nin müdafiəçisi Aleks Teyp ilə müqavilə imzaladığını açıqlayıb .

Trend Bundesliqa klubunun saytına istinadən xəbər verir ki, 17 yaşlı fransalı futbolçu azad agent kimi Leverkuzen təmsilçisinə keçib.

Onunla 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. Oyunçu PSJ-nin heyətində üç matç keçirib.

Qeyd edək ki, "Bayer" Almaniya çempionatını ikinci pillədə başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti