Bakı. Trend:
"Beşiktaş"ın futbolçusu Baxtiyor Zaynutdinov Rusiyaya qayıdacaq.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, qazaxıstanlı sol cinah müdafiəçisi "Dinamo"ya keçəcək.
"Beşiktaş" Zaynutdinovun transferi üçün Moskva klubu ilə anlaşıb. 27 yaşlı müdafiəçi yaxın günlərdə Rusiya klubu ilə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, "Beşiktaş" Baxtiyor Zaynutdinovu 2023-cü ilin avqust ayında ÇSKA-dan transfer edib.
