...

Xorvatiyalı hücumçu karyerasını Türkiyə Superliqasında davam etdirə bilər

İdman Materials 21 Yanvar 2026 16:45 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Xorvatiya millisinin forvardı Andrey Kramariç karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu “Başakşeher”ə keçə bilər.

Məlumata görə, İstanbul təmsilçisi xorvat forvardla danışıq aparır. Lakin hələ ki təcrübəli hücumçu Türkiyə klubuna qəti cavab verməyib.

Onun “Hoffenhaym”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

O, 2016-cı ildən Almaniya klubunun formasını geyinir. Kramariç “Dinamo”(Zaqreb), “Lokomotiva”, “Riyeka”, “Lester” komandalarında çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti