...

Azər Türk Bank "Zima" uşaq musiqi festivalının sponsorudur

İqtisadiyyat Materials 11 Noyabr 2016 10:18 (UTC +04:00)
Azər Türk Bank korporativ sosial məsuliyyət missiyasına sadiqlik nümayiş etdirərək daha bir layihənin iştirakçısı olub.
Azər Türk Bank "Zima" uşaq musiqi festivalının sponsorudur

Bakı. Trend:

Azər Türk Bank korporativ sosial məsuliyyət missiyasına sadiqlik nümayiş etdirərək daha bir layihənin iştirakçısı olub. Bankdan Trend-ə verilən məlumata görə, “Zima” Uşaq Estrada Musiqisi Festivalının sponsorlarından biri kimi çıxış edir.

6-16 yaş arası istedadlı uşaq və yeniyetmələrin potensial yaradıcılıq qabiliyyətini üzə çıxarmağa xidmət edən bu layihə onların peşəkarların əhatəsində qısa zamanda böyük təcrübə toplamaları baxımından mühüm əhəmiyyət kəsb edir. Festivalın final mərhələsi dekabrın 17-də Heydər Əliyev Sarayında baş tutacaq.

Azər Türk Bank müntəzəm olaraq uşaq və gənclərin şəxsi inkişafının təmin edilməsi, onların gələcək fəaliyyətləri üçün stimul yaratmaq məqsədi daşıyan təşəbbüsləri dəstəkləyir, ictimai-sosial mənada xeyir gətirə biləcək layihələrin həyata keçirilməsinə diqqət ayırır.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.azsaytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti